"Lurer.com" xəbər verir ki, "Joğovurt" qəzetinin əldə etdiyi məlumata görə, müxalifətçi "Hayastan" fraksiyası İrəvan bölgəsi üzrə keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək barədə qərar qəbul edib. Sözügedən fraksiyasının katibi Arcviq Minasyan qəzetin müxbiri ilə söhbətində bildirib ki, fraksiyadan İrəvan merliyinə kimin namizəd olacağı isə hələ tam müəyyənləşməyib. Sayt əlavə edib ki, həmin namizəd məhz A.Minasyanın özü olacaqdır.
Nəsib