22.11.2024, 07:40
AZ EN
21.06.2023, 08:32 216

Nikol kasıb yeməklərini xoşlayır

XƏBƏRLƏR
  • El təbirincə desək, hər şeyə bir mız qoyan erməni mətbuatı Ermənistanın baş naziri Nikol Paşinyanın dünən parlamentinin 44 günlük müharibənin təfərrüatlarını təhqiq edən istintaq komissiyasının suallarını cavablandırarkən nahar fasiləsində yeməkxanada verdiyi sifarişi bu gün paylaşaraq məntiqi baxımdan özünü gülünc duruma salıb.

"Hraparak" "Nikol Paşinyan yalnız kasıb yeməklərini  xoşlayır" başlıqlı məqalədə yazır ki, o, dünən parlamentin yeməkxanasında olarkən ona nadir yeməklər, o cümlədən mövsümlə əlaqədar az tapılan, keyfiyyətli və baha qiymətə olan xavyar təklif edilib. N.Paşinyan isə ancaq kasıb yeməklərini xoşladığını bildirib və "peraşki" sifariş edib. Yeməkxananın rəhbərliyi bunu zarafat kimi qəbul edib və onun üçün xüsusi hazırlanmış nadir yeməkləri gətirəcəyini bildirib. Nikol razılaşmayıb və bayaqkı fikirlərini təkrarlayaraq özü istədiyini gətirmələri tapşırıb. Agentlik əlavə edib ki, bununla da o yenə də sadə adamlarla eyni olduğunu göstərmək istəyib. O da diqqətə çatdırılıb ki, dünənki iclasında canlı yayımlansa da jurnalistlər salona buraxılmayıblar və onlar iclası foyedə stullar oturaraq izləyiblər.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR