- "Hraparak" yazır ki, bu ilki yay "Vətəndaş müqaviləsi" fraksiyasının üzvləri üçün çox bürkülü keçəcək. "Onların dincəlmək üçün yalnız yarım ay vaxtları olacaq. İyuldan sentyabradək isə İrəvan şəhər bələdiyyəsi seçkilərində kim nə bacarırsa etməlidir", - deyə agentlik onların hazırda növbədənkənar iclaslarda iştirak edəcəklərini xatırladır. Əlavə edir ki, ötən həftə parlamentdə növbəti iclasın iyunun 3-4-də keçirilməsi bildirilib.
O da vurğulanır ki, baş nazir Nikol Paşinyan hazırda parlamentin istintaq komissiyasında 44 günlük müharibə ilə bağlı suallarını cavablandırır.
N.Qaramanlı