21.09.2024, 09:55
AZ EN
06.06.2023, 10:34 218

Həm gec, həm də təhlükəli dirəniş

XƏBƏRLƏR
  • "Hraparak"ın baş redaktoru Armine Ohanyanın bu günkü məqaləsi də öz üslub və məzmunu ilə diqqəti cəlb edir. Tanınmış jurnalist "Gec və təhlükəlidir" başlıqlı yazısında qeyd edir ki, 1994-cü ildən sonra erməni cəmiyyəti belə hesab edirdi ki, sülh, münasibətlərin tənzimlənməsinə tərəfdarıq. "Belə zənn edirdik ki,düşmənlə razılaşıb zəbt olunmuş 5 rayonu ona təhvil verməklə "arsaxın müstəqilliyi" üçün uzunmüddətli sülh müqaviləsinə nail ola bilərik", - deyə o, otuz ilə yaxın bir müddətdə sratus-kvonun saxlanması üçün müxtəlif üsullardan istifadə edildiyini,amma nəticə əldə olunmadığını  xatırladıb.

Əlavə edib ki,vaxtın bizim xeyrimizə işlədiyini düşünür,müharibədə qazanılan uğurları ildən ilə möhkəmləndirib münasibətləri bərpa etmək əvəzinə  "azad edilmiş 5 rayon" terminini yeri gəldi- gəlmədi işlətməklə danışıqların motivini dəyişdirirdik.

2020-ci ildə müxtəlif yollarla müharibədən yayınmaq,sülh razılaşmasını əldə etmək mümkün olduğu halda tam başqa yolla gedilməsini qınayan müxalif qaynana ləqəbli baş redaktor artıq ermənilər üçün  gec və həm də təhlükəli olduğunu vurğulayıb.

N.Qaramanlı

Oxşar xəbərlər