Moldovada erməni icmasının rəhbəri Venera Muşeğ "Hraparak"ın müxbiri Hayka Aloyanla söhbətində Paşinyan iqtidarının qeyri-səmimiliyinə gileylənib. O, deyib ki, buradakı erməni icmasının formalaşmasında, rəsm qalereyasının binasında yerləşməsinə və s. təşkilati işlərdə əvəzsiz xidmətləri olsa da Kişinyovda Nikol Paşinyanla görüşə dəvət olunmayıb. Səbəbini soruşduqda isə bildiriblər ki, guya görüş təxirə salınıb. "Yalan deyirlər, istəyirlər özləri arzu etdikləri şəxslərlə gizli görüşsünlər ki, heç kəs Paşinyana münasib bilmədikləri suallar verməsin", - deyə icmasının rəhbəri əlavə edib ki, görüşdə həmçinin Ukraynadakı erməni icmasının nümayəndələri də dəvət olunaraq iştirak etdikləri halda sözün düzünü deyə biləcək adamların iştirakı məqbul hesab olunmayıb. Görünür, baş nazirin deməyə sözü qalmayıb.
İcma rəhbəri xüsusi vurğulayıb ki, ölkə satılıb, bəs, niyə deməyək ki, qardaş nəyə görə belə edirsən?
N.Qaramanlı