21.09.2024, 09:53
AZ EN
23.04.2023, 20:54 274

Ermənistandan növbəti təxribat: İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı

XƏBƏRLƏR
  • Ermənistan növbəti təxribata əl atıb.

İrəvanın mərkəzində keçirilən mitinqdə Azərbaycan və qardaş Türkiyənin bayraqları yandırılıb.

Bu artıq erməni cəmiyyətindəki Azərbaycana və Türkiyəyə olan nifrətin göstəricisidir.

Xatırladaq ki, Ermənistanın iki qardaş ölkəyə qarşı təxribat xarakterli hərəkətləri son vaxtlar tez-tez baş verir.

Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli ədavət və düşmənçiliyi qızışdırmaq məqsədi daşıyan nümayişkaranə hərəkətlərlə Azərbaycanın dövlət bayrağı ictimaiyyət qarşısında yandırılıb.

Bundan sonra İrəvanda keçirilən Avropa çempionatında naməlum şəxslər asılan Azərbaycan və Türkiyə bayraqlarını cırıblar. (Trend)

Oxşar xəbərlər