Bunu "Qarabağ"ın albaniyalı futbolçusu Redon Cica ölkəsinin telekanallarından birinə müsahibəsində deyib.
25 yaşlı hücumçu Ağdam klubunda əsas heyət üzvü olmaq istədiyini bildirib: "Bu səbəbdən daha çox oynamaq şansı qazanmalıyam".
O, "Qarabağ"a gələrkən çox yaxşı qarşılandığını söyləyib: "Açığı, bu cür isti münasibət gözləmirdim. Ansi Aqolli burada əfsanədir. Sadəcə, heyran qaldım".
Forvard Azərbaycan və Albaniya futbolunu da müqayisə edib: "Bizdən fərqli olaraq, burada çox sürətli və texnikalı oyun oynanılır. Yeganə fərq bundan ibarətdir".
Qeyd edək ki, Redon Cica “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.("Report")