19.09.2024, 19:53
AZ EN
28.07.2023, 18:28 263

"Qarabağ"ın düşərgəsində olmuş məşqçi: "Rakuv"u Bakıda son dərəcə həyəcanlı oyun gözləyir"

XƏBƏRLƏR
  • "Evdə 3:2 hesablı qələbə yaxşı nəticədir. Amma bizi Bakıda son dərəcə həyəcanlı və gərgin oyun gözləyir".

Bunları polşalı veteran futbolçu Dariuş Marjets "Rakuv"un evdə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

Veteran yarımmüdafiəçi cavab matçının çox çətin keçəcəyini bildirib: "Qurban Qurbanov buraya ən pis halda heç-heçə üçün gəlmişdi. Alınmadı, amma məndə olan məlumata görə, rəqib düşərgədə heç kim panikaya düşmür. Bir il əvvəl "Lex" də evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlsə də, revanş görüşündə böyük hesabla uduzmuşdu - 1:5. Gələn həftə Polşa çempionunu həqiqətən həyəcanlı axşam gözləyir. Şvarqanın sakitliyindən və ideyalarından çox şey asılıdır".

2022-ci ildə "Qarabağ"da təcrübə keçmiş mütəxəssis Qurban Qurbanov 15 ildir komandaya rəhbərlik etdiyini xatırladıb: "O, inandığı insanlarla işləyir. Komandanın tərkibi, təbii ki, dəyişir, amma hər şey düşünülmüş şəkildə olur. "Qarabağ"ın heyətində hər zaman bərabər səviyyəli oyunçular olur. Nə danışdığımı bilirəm, çünki bir həftə ərzində məşqləriniz izlədim. Həqiqətən əvəzedicilər hazırlıq zamanı əsas oyunçulardan fərqlənmirdilər. Hər məşqdə Qurbanovun dəqiq fikri olduğunu görmək çətin deyildi. "Qarabağ" rəqiblərinə əsasən, 1-4-3-3 və ya 1-4-2-3-1 taktiki sxemilə oynayır. Baş məşqçi öz oyun üslubunu futbolçulara aşılamağa çalışır və ildən-ilə əla nəticələr verir".

Qeyd edək ki, "Qarabağ" və "Rakuv" arasında cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR