Açıqlanan siyahıya əsasən Azərbaycan klubları arasında ən yüksək nəticəni “Qarabağ” göstərib.
Ağdam təmsilçisi 768,75 xalla dünya reytinqində 71-ci pillədə qərarlaşıb.
Digər təmsilçilərimizin mövqeyi isə daha aşağı olub. “Neftçi” 300 xalla 375-ci sırada yer alıb. “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 1753 xalla “Real Madrid” başçılıq edir. (APA)