18.08.2025, 14:23
AZ EN
18.08.2025, 10:56 216

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Macarıstana yollanır

XƏBƏRLƏR
  • "Qarabağ" komandası "Ferentsvaroş"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Macarıstana yollanır.

Bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Komandanı aparan təyyarə saat 11:00-da yola düşəcək. Bu gün, Bakı vaxtı ilə saat 21:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 21:30-da isə komandanın açıq məşqi təşkil olunacaq.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq. (Report)

Oxşar xəbərlər