Qurban Qurbanovun yetirmələri bu dəfə Avstriyanın nüfuzlu “Red Bull” (Zalsburq) klubu ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə 20:00 başlanacaq.
Xatırladaq ki, bundan əvvəl “Köhlən atlar” Ukraynanın “Mettalist 1925” (4:5) və iki dəfə Niderlandın “Twente” klubu ilə (3:2, 1:2) üz-üzə gəlmişdi. (Trend)