18.10.2024, 16:25
AZ EN
01.10.2024, 12:40 243

“Qarabağ” – “Malmö” oyununa satılmış biletlərin sayı açıqlanıb

XƏBƏRLƏR
  • UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa bilet satışı davam edir.

Ağdam təmsilçisindən verilən məlumata görə, artıq qarşılaşma üçün 18 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 100 manat təşkil edir.

Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək "Qarabağ" - "Malmö" oyunu saat 20:45-də başlayacaq. (AZƏRTAC)

Oxşar xəbərlər