09.06.2025, 08:22
AZ EN
06.08.2024, 22:02 349

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub

XƏBƏRLƏR
  • UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı başa çatıb.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bolqarıstan klubunun heyətində Diniş Almeyda (56) və Kayo Vidal (87) fərqlənib. "Qarabağ"dan Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb.

89-cu dəqiqədə K.Vidal qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də keçiriləcək. (Report)

Oxşar xəbərlər