25.07.2025, 22:33
AZ EN
24.07.2025, 14:51 213

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

XƏBƏRLƏR
  • Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində 2 qızıl, 1 gümüş medal qazanıb.

Bu barədə federasiyadan məlumat verilib.

İkinci yarış günündə Musab Məmmədtağıyev U-15 kateqoriyasında mübarizə aparıb. 56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdənqaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. Musab təkanlaqaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.

Beləliklə, iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb.

GÜNEL

Oxşar xəbərlər