Onu da qeyd edək ki, əslən Cəbrayıl rayonundan olan Şəhanə Hacıyeva 2021-ci il avqustun 24-də Tokioda “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında 48 kq çəki dərəcəsində qızıl medal qazanmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
İdmançımızı təbrik edir və uğurlar arzulayırıq.
Mina RƏŞİD