22.11.2024, 01:01
AZ EN
14.12.2022, 13:40 376

“Qarabağ” Avropada ən çox qələbə qazanan komandaların siyahısında 2-ci pilləyə yüksəlib

XƏBƏRLƏR
  • Qarabağ” 2022-2023 mövsümündə davam edən ölkə çempionatlarında ən çox qələbə qazanan komandaların siyahısında 2-ci pilləyə yüksəlib.

Azərbaycan çempionu Premyer Liqanın XVII turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edərək, Avropanın ən yaxşı göstəricisinə malik ikinci komandasına çevrilib.

Cari mövsüm çempionatda məğlubiyyət üzü görməyən Qurban Qurbanovun kollektivi 17-ci matçında 15-ci qalibiyyətini əldə edib. Ağdam təmsilçisi eyni statistikaya malik Belçika “Genk”i ilə 2-3-cü yerləri bölüşdürür.

Siyahıya Serbiya klubu “Srvena Zvezda” başçılıq edir. “Qırmızı-ağlar” Serbiya Superliqasında keçirdiyi 19 qarşılaşmanın 17-də rəqiblərini məğlub edib.

“Böyük beşlik” ölkələrinin komandaları arasında daxili birincilikdə ən yaxşı göstərici PSJ (Fransa) və “Napoli”dədir (İtaliya). Parislilər Liqa1-də, neapollular isə A seriyasında keçirdikləri 15 görüşün 13-də qalibiyyətə seviniblər.

1. “Srvena Zvezda” (Serbiya) – 19 oyun / 17 qələbə

2-3. “Qarabağ” (Azərbaycan) – 17 / 15

“Genk” (Belçika) – 17 / 15

4-5. “Olimpiya” (Sloveniya) – 20 / 15

“Urartu” (Ermənistan) – 20 / 15

6-7. “Seltik” (Şotlandiya) – 15 / 14

“Düdelanj” (Lüksemburq) – 15 / 14

8. MOİK (Sofiya, Bolqarıstan) – 18 / 14

9. “Larne” (Şimali İrlandiya) – 19 / 14

(Report)

Oxşar xəbərlər