09.06.2025, 01:48
AZ EN
19.12.2024, 16:00 219

Cəbrayıllı idmançı beynəlxalq yarışda qalib olub

XƏBƏRLƏR
  • Əslən Cəbrayıl rayonunun Hovuslu kəndindən olan 10 yaşlı, 4-cü sinif şagirdi Mehralızadə Kamil Anar oğlu 10 dekabr 2024-cü il tarixində Qazaxıstan respublikasının Aktau şəhərində keçirilən Cüdo üzrə “Beynəlxalq ER-XAN Sport Center Open” 2 turnirində uşaqlar arasında keçirilən yarışlarda, 7 ölkə iştirakçıları içərisində qalib olaraq birinci yerə layiq görülüb.

Qeyd edək ki, həmin beynəlxalq yarışda 40 idmançı ilə təmsil olunan Azərbaycan Milli Komanda heyəti bütün ölkələri qabaqlayaraq birinci yerə layiq görülmüşdür.
Anarı, eləcə də bütün idmançılarımızı təbrik edir, gələcəkdə daha böyük uğurlar arzulayırıq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər