22.11.2024, 00:26
AZ EN
23.12.2022, 16:10 367

"Nant"ın prezidenti: "Qarabağ"la ev oyununda sehrli hadisələr baş verdi"

XƏBƏRLƏR
  • "Hamımız "Bojuar" stadionunda sehrli hadisələrin baş verdiyini bilirik. Bu mövsüm "Olimpiakos" və "Qarabağ"la oyunlarda, həmçinin ötən mövsüm PSJ-ni məğlub etdiyimiz matçlarda bunu gördük".

Bunu "Nant" klubunun prezidenti Valdemar Kita Fransada İtaliya "Yuventus"una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu barədə "tuttoJuve.com" saytına müsahibəsində deyib.

Evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin V tur matçını da xatırlayan funksioner bildirib ki, futbolçular doğma meydanda azarkeşlərin dəstəyi ilə daha yaxşı oynayırlar: "Fanatların ruhlandırdığı oyunçular əllərindən gələni edirlər. "Yuventus"la ilk görüşümüz səfərdə olacaq. Bu isə bizə evdəki cavab oyununda uğur qazanmağa ümid verir".

Qeyd edək ki, "Nant" və "Yuventus" komandaları arasında ilk oyun fevralın 17-də İtaliyada, cavab qarşılaşması isə 1 həftə sonra Fransada baş tutacaq. (Report)

Oxşar xəbərlər