Bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində keçirilən “Rakuv”-“Qarabağ” (1:1) matçından dərhal sonra təşkil olunan mətbuat konfransında qeyd edib.
Baş məşqçi hər iki komandanın artıq bir-birini yaxşı tanıdıqlarını bildirib: “İkinci hissədə üstünlük bizdə olsa da, qol epizodlarımız üstünlük təşkil etsə də, qalib ola bilmədik. Bunun üçün də futbolçularımız çox məyus oldular. Bütün azarkeşlərimizə təşəkkürümüzü bildiririk ki, bizimlə bir oldular.
Hər bir azərbaycanlı mənim üçün çox dəyərlidir. Biz rəhbərliklə birlikdə elə çalışırıq ki, bunu bir çoxları bilmir”.
Q.Qurbanov qeyd edib ki, klubun büdcəsi yalnız futbolçulara və futbolun inkişafına sərf olunur. Biz kiçik büdcə ilə öz işimizə baxırıq. Yorğunluğumuzu nəzərə alaraq deyə bilərik ki, “Zirə” komandası ilə oyun çətin ola bilər. Lakin futbolçularımızı bərpa edəcəyik və ölkə çempionatında yaxşı çıxış edəcəyik. (AZƏRTAC)