20.04.2025, 06:16
AZ EN
21.07.2023, 14:15 311

"Qarabağ" və "Neftçi" arasındakı oyunların vaxtı bəlli olub

XƏBƏRLƏR
  • Azərbaycan Premyer Liqasında "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək oyunların vaxtı müəyyənləşib.

IX tura təsadüf edəcək ilk qarşılaşma 6-8 oktyabrda olacaq və "ağ-qaralar" son ölkə çempionunu qəbul edəcək.

Tərəflər arasında ikinci matç XVII turda (15-17 dekabr) gerçəkləşəcək. Bu dəfə "köhlən atlar" meydan sahibi qismində mübarizə aparacaq.

III dövrədəki Azərbaycan derbisi XXV-ci turda (1-3 mart), sonuncu görüş isə XXXIII turda (3-5 may) baş tutacaq.

Qeyd edək ki, Premyer Liqaya avqustun 4-də start veriləcək. (Report)

Oxşar xəbərlər