ANAMA-dan verilən məlumata görə, görüş əsnasında Agentliyin yaradılması, məqsəd və vəzifələri, eləcə də Azərbaycanda mövcud mina təhlükəsi ilə mübarizə istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə yerləşən kəhrizlərin mina və digər partlayıcı sursatlarla çirklənmə vəziyyətinin dəyəndirilməsi, onların təhlükəsiz bərpası məqsədilə minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi, minadan zərərçəkənlərə yardım və digər istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib. (APA)