Tədbirdə layihə rəhbəri Hafiz Səfixanov çıxış edib. Hafiz Səfixanov layihənin postsovet ölkələrində ilk dəfə Azərbaycanda keçirildiyini bildirib. Layihənin məqsədinin Azərbaycanın minalardan zərər çəkmiş Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün alətlər təqdim etməklə kiçik biznesin yaradılması mexanizminə maddi vəsaiti təmin etməkdən ibarət olmadığını qeyd edilib. Bu layihədən birbaşa faydalanmış mina qurbanları öz həyat hekayələrini danışıb və bu layihədə iştirak etmələri barədə məlumat veriblər.
Daha sonra Hafiz Səfixanov işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi barədə məlumat verib. Onun sözlərinə görə, yaxın zamanlarda milli minatəmizləmə maşınlarından istifadəyə başlanılacaq:
"Azərbaycan özü minatəmizləmə maşını istehsal edəcək. Artıq yerli minatəmizləmə maşını sınaqlardan keçib. Bu maşının istehsalını Azərbaycan özü həyata keçirəcək".
Hafiz Səfixanov bundan başqa bildirib ki, ölkəmizdə 4 kommersiya şirkəti və 1 qeyri-hökumət təşkilatı minaların təmizlənməsinə cəlb olunub. (APA)