Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə tikintisi davam edən bir neçə hərbi obyektdə görülən işlərlə tanış olub.
Məruzə olunub ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi və digər infrastruktur obyektləri, eləcə də hərbi qulluqçular və onların ailə üzvləri üçün yaşayış binası tikilir. Bütün obyektlərin müasir avadanlıqlarla təchiz olunmasının nəzərdə tutulduğu qeyd edilib.
Tikinti-quruçuluq işlərinin gedişatını yoxlayan müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.