05.05.2025, 19:52
AZ EN
13.01.2023, 10:09 422

Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdəki silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan bölgə müxbirinə verilən məlumata görə, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Tuğ kəndi ərazisində xidmətdə olarkən tərk edilmiş hərbi mövqelərdən 1 avtomat, 1 qumabaraatan, 1 snayper tüfəngi, 37 snayper patronu, 1 əl qumbarası və 1800 ədəd müxtəlif çaplı patronlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər