19.10.2024, 02:28
AZ EN
26.12.2022, 12:11 244

Azad olunan ərazilərdə daha 369 ha minalardan təmizlənib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, dekabrın 19-dan 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 8 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 233 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 369 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Oxşar xəbərlər