Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bundan başqa, dekabrın 17-si saat 09:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Laçın rayonunun Nağdalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.