21.05.2024, 11:05
AZ EN
17.11.2022, 10:17 225

“Mina təhlükəsi ilə mübarizə: çağırışlar və imkanlar” mövzusunda beynəlxalq tədbir keçirilir

XƏBƏRLƏR
  • Noyabrın 17-də Bakıda “Mina təhlükəsi ilə mübarizə: çağırışlar və imkanlar” mövzusunda beynəlxalq tədbir başlayıb.

Noyabrın 18-dək davam edəcək tədbirdə dünyanın 28-dən çox ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 60-dan çox nümayəndəsi iştirak edir.

Tədbir çərçivəsində iştirakçı şirkət nümayəndələri tərəfindən mina təhlükəsi ilə mübarizədə müasir qlobal çağırışların müzakirəsi və yeni həll üsullarının tətbiqi mövzularında təqdimatlar, eləcə də əməliyyatçı qurumlar və istehsalçı şirkətlərin məhsullarından ibarət sərgi nümayiş olunacaq.

Tədbir əməkdaşlığa dair ümumi platformanın yaradılması, innovativ sistemlərin tətbiqinin genişləndirilməsi, eləcə də bu sahədə metodologiyaların beynəlxalq standartlara inteqrasiyasının gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Tədbir mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətini Azərbaycanın qarşılaşdığı mina probleminə yönəldərək, beynəlxalq iştirakçılar və qurumlar arasında əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, minatəmizləmə sahəsində istifadə olunan yeni metodların tətbiqi imkanlarını araşdırmaqla, “minasız həyat” təşəbbüslərinə dəstək göstərmək məqsədilə həyata keçirilir.

Oxşar xəbərlər