ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 48, tankəleyhinə 15 mina və 309 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1726,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. (AZƏRTAC)