Bunu açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin Əməliyyat İdarəsinin rəisi Rahib Quliyev deyib.
O ərazilərin təmizləmə əməliyyatları zamanı minalar, partlayıcı qurğular və hərbi sursatlarla qarşılaşdıqlarını bildirib:
"Bəzən bunları daşımaqda çətinlik çəkirik. Onları yerində partlatmaq lazımdır. Bu zaman yeni tikilən evlərə və tikililərə ziyan verməyək deyə partlayışı xüsusi qaydalara uyğun həyata keçiririk. Seysmik titrəmənin qarşısını almaq üçün xüsusi kanallar çəkilir. Partlayışın gücü əvvəlcədən dəqiqliklə hesablanır ki, tikililərin bünövrəsinə ziyan dəyməsin və hər hansısa çartlamalar yaranmasın". (Trend)