21.09.2024, 01:35
AZ EN
20.09.2024, 19:55 157

Şəhid bacısı: Qəhrəman hərbçilərimiz qardaşımın qisasını alıblar

XƏBƏRLƏR
  • Azərbaycanın qəhrəman hərbçiləri şəhidlərimizin qisasını alıblar.

Bunu 31 ildən sonra nəşinin qalıqları tapılaraq Gədəbəydə dəfn olunan şəhid Bilal Qəhramanovun bacısı Nazangül Qəhramanova bildirib.

"O, çox vətənpərvər oğul idi. Deyirdi ki, ana-bacılarımızın qisasını almadan ölməyəcəyəm. O, öz arzusuna çatdı, qisasını alaraq şəhid oldu. Lakin bizim arzumuz gözümüzdə qaldı, onun sağ-salamat evimizə dönməsini gözləyirdik. Şükür ki, qəhrəman hərbçilərimiz qardaşımın qisası alıblar. Başda cənab Prezidentimiz İlham Əliyev olmaqla, bu işlərdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm," - deyə şəhid bacısı bildirib.

Qeyd edək ki, Bilal Qəhrəman oğlu Qəhrəmanov 1970-ci il iyunun 1-də anadan olub. O, 1994-cü il yanvarın 4-də Ağdam rayonunun Qarakənd kəndi (“Çeyl” yüksəkliyi) istiqamətində itkin düşüb.

B.Qəhramanovun nəşinin qalıqları Gədəbəy Şəhidlər xiyabanında dəfn olunub. (Report)

Oxşar xəbərlər