Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkədə işgüzar səfərdə olan Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
V.Mustafayev görüş zamanı ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
“TUSAŞ”, “ASFAT”, “HAVELSAN”, “ROKETSAN”, “BAYKAR”, “Makina ve Kimya Endüstri”, “REPKON Grup”, “ASELSAN” şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi geniştərkibli görüşdə Azərbaycan və Türkiyə arasında gələcəkdə daha səmərəli əlaqələrin qurulması üçün müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın uğurla davam edəcəyindən bəhs edilib.
V.Mustafayev qonaqları Azərbaycanın müasir müdafiə sənayesi sahəsindəki yeniliklər, əldə olunan nəticələr və gələcək planlar haqqında məlumatlandırıb. H.Görgün Azərbaycanın müdafiə sənayesinin daha da inkişaf etməsi istiqamətində aparılan birgə fəaliyyətlərin önəmindən bəhs edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. (Report)