20.09.2024, 09:49
AZ EN
03.08.2024, 14:12 220

Ermənistanın şərti sərhəddə təxribatlarına qarşı həyata keçirilən tədbirlər və əməliyyat şəraiti təhlil edilib

XƏBƏRLƏR
  • Havadarları tərəfindən silahlandırılan Ermənistanın regionda vəziyyəti gərginləşdirmək məqsədilə şərti sərhəddə törətdiyi təxribatlara qarşı bölmələrimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər və mövcud əməliyyat şəraiti təhlil edilib.

Bu barədə Müdafiə Nazirliyinin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasına dair yaydığı məlumatda bildirilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar kollegiya iştirakçılarına çatdırılıb.

Ölkə başçısının səsləndirdiyi "Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir" ifadəsini vurğulayan general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın istənilən tapşırığını yüksək peşəkarlıqla icra etməyə qadir olduğunu bildirib. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR