18.06.2025, 20:40
AZ EN
01.05.2024, 14:45 369

Azad edilən ərazilərdə ötən ay 332 mina, 2502 PHS aşkarlanıb

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aprel ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 141 piyada əleyhinə mina, 191 tank əleyhinə mina, 2502 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6038.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib. (APA)

Oxşar xəbərlər