18.06.2025, 22:19
AZ EN
22.04.2024, 10:31 327

Xankəndidə avtomat, qumbara və qumbaraatanlar tapılıb

XƏBƏRLƏR
  • Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatanlar tapıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 20-də və 21-də Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 23 qumbara, 2 qumbaraatan, 11 alışdırıcı, 68 patron darağı, 2780 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb. (Report)

Oxşar xəbərlər