18.06.2025, 22:14
AZ EN
08.03.2024, 10:23 340

Xankəndidə orta məktəbdə silah-sursat tapılıb

XƏBƏRLƏR
  • Xankəndidə orta məktəbdə narkotik və silah-sursat tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat silahı, 1 pulemyot, 3 tapança, 3 tüfəng, 10 qumbara, 9 ədəd alışdırıcı, 5 rabitə vasitəsi, 20 patron darağı, 6188 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. (Trend)

Oxşar xəbərlər