Bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov "Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat"ın təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda 1 milyon 166 min 702 hektar ərazi minalardan çirklənib: "Bu da yalnız azad edilmiş bölgələrə aiddir. Tədqiqata əsasən, minalı ərazilərin 211 min 800 hektarında yüksək səviyyədə çirklənmə qeydə alınıb. Digər ərazilərdə isə orta və aşağı səviyyədə minalarla çirklənmə var". (Report)