08.09.2024, 06:07
AZ EN
04.02.2024, 18:29 285

Tərtər sakini minaya düşüb

XƏBƏRLƏR
  • Fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. O, ayağından xəsarət alıb.

Vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır. (Report)

Oxşar xəbərlər