MN xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən 36 000 hektaradek erazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
10 400 piyada əleyhinə mina, 3300 tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı aşkarlanıb.
Qeyd olunub ki, Vətən müharibəsindən sonra 480 km-ə qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb.
Məlumata görə, Qarabağ iqtisadi rayonunda minalar əsasən yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə də magistral yolların üzərində basdırılıb. (APA)