18.10.2024, 14:14
AZ EN
12.01.2024, 10:35 304

Xankəndidə 27 qumbara, 13 avtomat və digər silahlar aşkarlanıb

XƏBƏRLƏR
  • Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 11-də Xankəndi şəhəri ərazisində xeyli silah-sursat aşkarlanıb.

Bu barədə DİN-dən bildirilib.

Xəbərə görə, 13 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 27 ədəd qumbara, 20 ədəd qumbara alışdırıcısı, 7 ədəd müxtəlif markalı tüfəng, 83 ədəd patron darağı, 3663 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. (APA)

Oxşar xəbərlər