22.11.2024, 15:13
AZ EN
26.12.2023, 16:18 275

FHN-in əməkdaşı: Mexaniki minatəmizləmə vasitələri saatda 1500 kvadratmetrədək ərazini təmizləmə gücünə malikdir

XƏBƏRLƏR
  • “Hazırda işlədiyimiz məsafədən idarə olunan “GCS-200” markalı mexaniki minatəmizləmə vasitəsi ərazilərin işlənməsi, texniki tədqiqat işlərinin aparılması və şəxsi heyətin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Mexaniki minatəmizləmə vasitəsi iki qoşqudan ibarətdir.

Bunlar vasitəsilə piyada və tank əleyhinə minaların təmizlənməsi işlərini daha sürətlə həyata keçirmək olur. 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Partlayış zamanı yalnız minatəmizləmə vasitəsinin qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür. Onu üç nəfər idarə edir”.

Bunu Ağdamda Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, partlayış manqasının mexaniki Şəmistan Əlizadə deyib.

O qeyd edib ki, hər iki qoşqu piyada və tank əleyhinə minaları zərərsizləşdirmək üçün nəzərdə tutulub. Filler qoşqusu çınqıllı, daşlı, bərk torpaqlı ərazilərdə işləmək, tiller qoşqusu isə bitki örtüyünün sıx olduğu ərazilərdə və yumşaq torpaqlı ərazilərdə işləmək üçün əlverişlidir. Biri yumşaq torpaq səthini minalardan təmizləmək, digəri isə daşlıq əraziləri minalardan təmizləmək üçün istifadə olunur.

O bildirib ki, gün ərzində yerin relyefindən asılı olaraq saatda 750 kvadratmetrdən 1500 kvadratmetrə qədər ərazini təmizləmə gücünə malikdir. (AZƏRTAC)

Oxşar xəbərlər