18.06.2025, 09:53
AZ EN
05.12.2023, 13:00 372

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib, vəziyyəti qənaətbəxşdir

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə agentlikdən bildirilib.

Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.

Vəziyyəti qənaətbəxşdir. (Report)

Oxşar xəbərlər