21.09.2024, 16:29
AZ EN
10.10.2023, 14:51 393

ANAMA təlimatçıları sahə əməkdaşlarına təlim keçib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təlimatçıları tərəfindən sahə əməkdaşlarına Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən EOD-1 (Explosive Ordnance Disposal) - birinci səviyyəli “Partlayıcı Sursatların Zərərsizləşdirilməsi” təlimi keçirilib.

ANAMA-dan verilən məlumata görə, təlimlər zamanı mina və partlamamış hərbi sursatlarla davranış, partlayıcı maddələrlə tanışlıq, təhlükə dərəcəsinə görə qiymətləndirmə, onların daşınması, elektrik və qeyri-elektrik üsullarla zərərsizləşdirmə metodları, eləcə də bu istiqamətdə hesabatların tərtibatı üzrə bilik və bacarıqlar tədris edilir.

“Partlayıcı Sursatların Zərərsizləşdirilməsi” üzrə təməl səviyyə özündə doxsan üç bacarıq tələbini əks etdirir. Təməl səviyyənin bacarıqları əsasında qurulan EOD-2, EOD-3 və EOD-3+ təlimləri də agentlik tərəfindən həyata keçirilir.

ANAMA-nın sahə əməkdaşlarının mütəmadi olaraq ixtisasartırma təlimlərinə cəlb edilməsi və kadr potensialının gücləndirilməsi işğaldan azad edilmiş ərazilərdə aparılan təmizləmə əməliyyatlarının gedişatında mühüm rol oynayır. (AZƏRTAC)

Oxşar xəbərlər