Bunu DTX rəisinin müavini general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib.
O bildirib ki, bu qəhrəmanlardan biri də Riad Əhmədov olub: "Onun axtarışı hər zaman bizim diqqətimizdə olub. 44 günlük müharibədən sonra isə bizim xidmət və dövlət komitəsi tərəfindən azad olunmuş ərazilərdə axtarışlar aparılıb. Daşaltı kəndi istiqamətində aparılan axtarışlar zamanı onun və bəzi şəhidlərin nəşləri tapılıb", - DTX rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib. (APA)