20.04.2025, 06:16
AZ EN
26.07.2023, 15:40 376

Səlcuq Bayraktar “IDEF - 23” sərgisində Azərbaycan pavilyonunu ziyarət edib

XƏBƏRLƏR
  • Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar İstanbulda “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yerləşdirilən Azərbaycan pavilyonunda olub.

Səlcuq Bayraktar və onu müşayiət edən heyət pavilyonda Azərbaycanın müdafiə sənayesi sahəsindəki yeni silah, sursat və hərbi avadanlıqları ilə tanış olublar.

Azərbaycan pavilyonunun ziyarətində Bayraktarla yanaşı, Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Talıb Görgün də iştirak edib. (Report)

Oxşar xəbərlər