Müdafiə Nazirliyindən verilən xəbərə görə, qonaqları salamlayan vitse-admiral S.Bəkirov Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayaraq bu əlaqələrin daim inkişaf etdiyini bildirib.
Qərargah toplantısında iki ölkə arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan və Türkiyə HDQ arasında keçirilən 9-cu Qərargah toplantısının yekun protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib. ("APA")