22.11.2024, 10:36
AZ EN
23.06.2023, 08:35 389

“İki dövlət, tək millət, tək səma”: Türkiyə və Azərbaycan təhdidlərə qarşı ortaq mübarizə aparacaq

XƏBƏRLƏR
  • 15 iyun 2021-ci ildə Şuşa Bəyannaməsi çərçivəsində Türkiyə və Azərbaycan imzalanan müttəfiqlik sənədindən irəli gələn daha bir layihə. Söhbət İki ölkənin səmaya hakim edəcək, hakim Hava Komandanlıq İdarəetmə Sistemindən gedir.

Azərbaycan və Türkiyə Hava Hücumundan Müdafiə Qoşun və Qüvvələri biləşdirəcək. Söhbət iki ölkənin,  dəniz və səmaya hakim edəcək eyniadlı layihədən gedir.

“İki dövlət, tək millət, tək səma” devizi altında reallaşdırılacaq layihənin artıq konsepsiyası hazırlanır. Yəni hazırda hər iki ölkənin invertarında olan qüvvələrin, hərbi sursatların, ehtiyatların imkanları barədə məlumatlar vahid sistemə inteqrasiya edilir.

Hərbi ekspert Ədalət Verdiyev İTV-yə açıqlamasında bildirib ki, hər iki ölkənin mərkəzi idarəetmə məntəqəsi üçün onlayn rejimdə bütün imkanlar göz qarşısında olacaq: “İstənilən təhdid, istər bu Ege dənizində olsun, istər Türkiyənin digər dənizlərində, istərsə Xəzər dənizində olsun, fərq etməz. Harda bir təhdid yaranacaqsa, anında ən yaxında yerləşən qüvvələrin o ərazilərə cəlb  edilməsi kifayət qədər qısa müddət tələb edəcək”, - deyə Ə.Verdiyev vurğulayıb.

Ekspertlər bu layihəni  hər iki ölkənin strateji obyektlərinin qorunması baxımından əhəmiyyətli hesab edir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR