15.01.2026, 06:54
AZ EN
25.03.2024, 10:29 347

Xankəndidə avtomat və qumbaralar tapılıb

XƏBƏRLƏR
  • Polis əməkdaşları Xankəndidə avtomat və qumbaralar tapıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 24-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 7 avtomat silahı, 21 qumbara, 7 alışdırıcı, 25 patron darağı, 770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. (Report)

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR