21.11.2024, 18:52
AZ EN
01.06.2023, 17:38 266

ANAMA Laçına köçürülən əhali üçün təlimlərə başlayıb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən davamlı olaraq həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) təlimləri əhalinin işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və dayanıqlı məskunlaşması, sağlam mühitin yaradılmasında əhəmiyyətli rol oynayır.

ANAMA-dan verilən xəbərə görə, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı çərçivəsində köç edən sakinlərə ANAMA tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimlərinə başlanılıb: “Laçın rayonuna geri dönən sakinlərin iştirak etdiyi təlimlərdə mina təhlükəsinin izahı, şübhəli ərazilərin əlamətləri, tanış olmayan ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları, eləcə də partlayıcı qurğuların törədə biləcəyi xəsarətlər barədə məlumat verilib. Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar əks olunan broşur və posterlər paylanılıb.

Hər bir vətəndaş bilməlidir ki, öz nizam-intizamlı, məsuliyyətli və sayıq davranışı ilə baş verə biləcək mina hadisələrindən həm özünü, həm də yaxınlarını qorumuş olacaq.

Unutmayaq ki, partlayıcı qurğular insanlar arasında heç bir fərq qoymur!” (APA)

Oxşar xəbərlər