Bu barədə Ağdamda keçirilən II Beynəlxalq mina fəaliyyəti konfransında iştirak edən “Haider Global BVBA”nın icraçı direktoru Səccad Kərim bildirib.
“Bu çox vacib işdir, çünki mina təmizlənməsi həyata keçirilməsə azad olunmuş ərazilərdə heç bir inkişaf-quruculuq mümkün olmayacaq. Prezident Əliyev hər zaman yalnız azad olunmuş ərazilərin deyil, Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın inkişafına sadiqliyini vurğulayıb. Siyasi dialoq davam edir və mən şadam ki, doğru istiqamətdə asta ancaq vacib addımlar atılır", - Səccad Kərim deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə mina təmizlənməsi ilə birgə yendiənqurma, quruculuq işləri görülür, hava limanları, dəmir yolu xətləri, yol qovşaqları tikilir ki, bir neçə il əvvəl bütün bunlar təsəvvür etmək mümkün deyildi. "Lakin biz çox qısa zaman kəsiyində bu dinamikanı görürük. Bütün bu addımlar bütövlükdə region üçün faydalıdır, çünki Azərbaycan bu nailiyyətlərin yalnız özü üçün deyil, bütövlükdə regionun inkişafı üçün olduğunu bəyan edib”. (APA)