Müzəffər ölkənin övladıyıq biz,
Həmrəylik günündə millət bir olsun!
***
Səfərbər olmağa fərman verildi,
“Düşməni məhv edin!” – elan verildi.
Neçə min şəhidim qurban verildi,
Millətim yaşasın, dövlət bir olsun!
***
Ali Komandanın ürəyi budur,
Güvənir millətə, köməyi budur.
Cənab Prezidentin deməyi budur:
Yumruq tək birləşək, vəhdət bir olsun!
***
Zülmətdən doğulan səhər görərsən,
Qalib də olarsan, zəfər görərsən.
Sən onda bağında bəhər görərsən,
Ortada çəkilən zəhmət bir olsun!
***
Canından keçən var bayrağın üstdə,
Millətin, qeyrətin, əxlaqın üstdə.
Kimlər ki, can verib torpağın üstdə,
Bir yerdə deyək ki, rəhmət bir olsun!
***
Qurbandı Vətənə, olsa min canım,
Uğrunda, razıyam, kül olum yanım.
Çiçəklən, çiçəklənən, Azərbaycanım,
Hər evdə, ünvanda ülfət bir olsun!
Faiq ŞUŞALI,
Şuşa şəhərindən məcburi köçkün,
Bakı, Qaradağ rayonu, “Qobu park” yaşayış kompleksi.